Azərbaycan ÜST-ün “malyariyadan azad” ölkə sertifikatını alıb

Azərbaycan ÜST-ün “malyariyadan azad” ölkə sertifikatını alıb
Yayınlanma tarixi: 27.03.2023 16:34:11

Bu barədə təşkilatın Avropa Regional Ofisi məlumat yayıb.

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “malyariyadan azad” ölkə sertifikatını alıb.

“İslamazeri.com” xəbər verir ki, bu barədə təşkilatın Avropa Regional Ofisi məlumat yayıb.

“Bu nailiyyət davamlı siyasi sərmayə və səhiyyə işçilərinin fədakarlığı, eləcə də malyariya hallarının qarşısının məqsədyönlü şəkildə alınması, erkən aşkarlanması və müalicəsi sayəsində əldə olunub”, - məlumatda deyilir.

Xatırladaq ki, bu məsələ ötən ilin oktyabr ayında Azərbaycanın səhiyyə naziri Teymur Musayevin ÜST-ün nümayəndə heyəti ilə görüşündə müzakirə edilib.

ÜST-ün “malyariyadan azad” ölkə sertifikatını almaq istəyən ölkə ən azı üç il ardıcıl olaraq ərazisində yerli ötürülmə zəncirlərinin rast gəlinmədiyinə dair təkzibolunmaz sübutlar təqdim etməlidir.

GÜNÜN MANŞETLERİ