Azərbaycan, Rusiya və Ermənistanın dini liderləri görüşəcək

Azərbaycan, Rusiya və Ermənistanın dini liderləri görüşəcək
Yayınlanma tarixi: 9.12.2022 17:52:24

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

“Rus Pravoslav Kilsəsinin nümayəndələri ilə üçtərəfli görüşə hazırlıq müzakirə olunur”.

“İslamazeri.com” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan, Rusiya və Ermənistanın dini liderlərinin görüşü barədə sualı cavablandıran QMİ sədri bununla bağlı qərar qəbul olunduğunu bildirib.

“Belə bir qərar qəbul olunub ki, həm bizim, həm də Rus Pravoslav Kilsəsinin nümayəndələri görüşüb üçtərəfli görüşə hazırlıq məsələlərini müzakirə etsinlər. Patriarx Kirill də Ermənistan tərəfi ilə əlaqə saxlayacaq. Ermənistan tərəfi də öz fikirlərini deyəcək və ümumi rəyə gələcəyimiz təqdirdə bizim görüşümüz baş tutacaq. Bunu, əlbəttə, mən də istəyirəm, patriarx həzrətləri də istəyir. Əgər Ermənistan tərəfi bu görüşə razılıq verməsə, bu, onların revanşist xislətini nümayiş etdirəcək. Biz öz torpaqlarımızı azad etmişik, bu gün onların bizə ehtiyacı var və düşünürəm ki, onlar da razılıq verəcəklər”, – QMİ sədri vurğulayıb

GÜNÜN MANŞETLERİ