Azad edilmiş ərazilərdə daha 609 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 609 mina aşkarlanıb
Yayınlanma tarixi: 27.03.2023 10:48:50

Bu barədə ANAMA-dan məlumat verilib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həftəlik görülən işlərlə bağlı məlumat yayıb

ANAMA-dan "İslamazeri.com"a verilən məlumata görə, martın 13-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 209, tank əleyhinə 400 mina və 469 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bildirilib ki, 1126 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

GÜNÜN MANŞETLERİ