Azad edilmiş 64 min hektar ərazi minalardan təmizlənib

Azad edilmiş 64 min hektar ərazi minalardan təmizlənib
Yayınlanma tarixi: 7.02.2023 13:59:09

Azərbaycanın azad edilmiş 64 min hektar ərazisi minalardan təmizlənib.

“Bu günədək Azərbaycanın işğaldan azad edilmiş 64 min hektar ərazisi minalardan təmizlənib”.

İslamazeri.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin İnkişaf Proqramının (BMTİP) və ANAMA-nın birgə təşkilatçılığı ilə Şuşada minatəmizləmə mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, 282 azərbaycanlı Ermənistanın basdırdığı minaların qurbanı olub, onlardan 46-sı həlak olub.

GÜNÜN MANŞETLERİ