İran İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei Şirazda Əhməd ibn Musanın (ə) (Şahçeraq) hərəmində baş verən terror hadisəsi qurbanlarının ailələrinə başsağlığı verib.
İslamazeri.com xəbər verir ki, Ayətullah Xameneinin başsağlığı mesajında bildirilib:
“Bismilləhir-rahmənir-rahim.
Həzrət Əhməd ibn Musanın (ə) müqəddəs hərəmində onlarla günahsız kişi, qadın və uşağın şəhadətinə və yaralanmasına səbəb olan dəhşətli cinayət ürəkləri kədərləndirdi və yandırdı.
Bu kədərli cinayəti törədən və ya törədənlər mütləq cəzalarını alacaqlar, lakin hadisə qurbanlarının yaxınlarının dərdi və Əhli-beyt (ə) hərəminin təhqir edilməsinin əvəzi yalnız bu faciələrin yaranmasının əsas kökünü axtarmaq və bununla bağlı qəti və müdrik addımlar atılmaqla ödənilə bilər. Bizim hamımızın araqızışdıran düşmənin, onun xain, cahil və qafil əlaltıları ilə mübarizə aparmaqla bağlı öhdəliyimiz var.
İnsanların həyatına, təhlükəsizliyinə və müqəddəslərinə etinasızlıq və sayğısızlığa yol verən axına qarşı təhlükəsizlik və ədliyyə orqanlarından tutmuş düşüncə və təbliğat sahəsində fəaliyyət göstərən fəallara qədər - hamı birləşməlidir. Əziz xalq və məsul qurumlar düşmənlərin şər hiyləsinə qalib gələcəklər, inşallah!
Mən bu hadisə qurbanlarının ailələrinə, Şiraz əhalisinə və bütün İran xalqına başsağlığı verir və yaralılara Uca Allahdan şəfa diləyirəm!
Qeyd edək ki, Şirazda ötən gün Şahçeraq hərəmində baş verən terror aktında 15 nəfər həyatını itirib, 40 nəfər nəfər yaralanıb.