İran İslam İnqilabının Rəhbəri dünən keçirdikləri nümayişlərə görə İran xalqını tərifləyərək, bu nümayişlərin ABŞ-a bir xəbərdarlıq olduğunu vurğulayıb.
İslamazeri.com xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Ayəullah Xamenei dünən keçirilən genişmiqyaslı həmrəylik nümayişləri və baş verən tarixi gün münasibətilə verdiyi mesajda, İran xalqının gördüyü böyük işi yüksək qiymətləndirib və aşağıdakıları qeyd edib:
"İran milləti özünü, qətiyyətini və kimliyini düşmənlərinə göstərdi. Bu, Amerika siyasətçilərinə bir xəbərdarlıqdır; onlar hiylələrindən əl çəkməli və xain muzdlulara (əməkdaşlara) etibar etməməlidirlər".
Aytullah Xameneinin İran millətinə mesajının tam mətni belədir:
"Rəhman və Rəhim olan Allahın adı ilə!
Bu gün siz böyük bir şücaətə imza atdınız və tarixi bir gün yaratdınız. Qətiyyətlə dolu bu böyük həmrəylik nümayişləri xarici düşmənlərin ölkə daxilində muzdlu həmkarları vasitəsilə həyata keçirmək niyyətində olduqları planları puça çıxardı.
Böyük İran milləti özünü, qətiyyətini və kimliyini düşmənlərinə göstərdi. Bu, Amerika siyasətçilərinə bir xəbərdarlıqdır; onlar hiyləgərliklərini dayandırmalı və xain əməkdaşlarına etibar etməməlidirlər.
İran milləti güclü və qüdrətlidir; şüurludur, düşmənini tanıyır və hər vəziyyətdə meydanda hazırdır.
Allahın rəhməti hamınızın üzərinə olsun".
Seyid Əli Xamenei
12 yanvar 2026-cı il