İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei oktyabrın 26-da Fars əyalətinin inzibati mərkəzi olan Şiraz şəhərində Şah Çeraq türbəsinə edilən terror aktı nəticəsində şəhid olanların ailələri ilə görüşüb.
İslamazeri.com xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei oktyabrın 26-da Fars əyalətinin inzibati mərkəzi olan Şiraz şəhərində Şah Çeraq türbəsinə edilən terror aktı nəticəsində şəhid olanların ailələri ilə görüşüb.
Ayətullah Xamenei Şah Çeraq ziyarətçilərinə qarşı törədilən terror aktını digər terror aktlarından fərqləndirərək, bu hadisənin düşmənlərin qalmaqalını ikiqat artırdığını deyib.
Ayətullah Xamenei bəyan edib ki, bu hadisənin səbəbkarları ilə yanaşı, İŞİD terror təşkilatının əsas dəstəkçiləri və yaradıcıları da bu qətlin ortağı olublar.
Oktyabrın 26-da İranın Şiraz şəhərində Şah Cərəq ziyarətgahına silahlı hücum nəticəsində 15 nəfər şəhid olub, çoxlu sayda insan yaralanıb.
İŞİD terror təşkilatı hadisədən sonra sosial mediada yayımladığı yazılı açıqlamada, hücumun məsuliyyətini üzərinə götürüb.