Şiə aləminin mərceyi-təqlidlərindən Ayətullah Seyid Sadiq Ruhani bu gün səhər dəfn edilib.
İslamazeri.com xəbər verir ki, Şiə aləminin mərceyi-təqlidlərindən, “Fiqhus-Sadiq” adlı böyük fiqhi ensiklopedik əsərin müəllifi Ayətullah Seyid Sadiq Ruhani bu gün səhər dəfn edilib.
İmam Həsən Əskəri məscidindən insanlar yürüş keçirərək onun tabutunu Həzrət Məsumə (s.ə) ziyarətgahına aparıblar.
Namazı qılındıqdan sonra mərhum dəfn edilib.