Ayətullah Seyid Hadi Sistani dünyasını dəyişib.
İnnə lillahi və innə iləyhi raciun.
İslamazeri.com xəbər verir ki, böyük mərceyi-təqlid Ayətullah əl-üzma Seyid Əli Sistaninin qardaşı, alim və müctəhid Ayətullah Seyid Hadi Sistani uzun sürən ağır xəstəlikdən sonra bu gün vəfat edib.
Uca Allahdan mərhum Hadi Sistaniyə rəhmət diləyir, qardaşı Ayətullah Sistaniyə dərin hüznlə başsağlığı veririk.