Ayətullah Behcət: İşlərimiz ona görə nəticəsiz qalır ki...

Ayətullah Behcət: İşlərimiz ona görə nəticəsiz qalır ki...
Yayınlanma tarixi: 5.10.2022 11:19:01

İslamazeri.com-un Din rubrikasından...

"Keçmiş dövrdəki alimlərin əhvalına nəzər salanda bir çox əməllərimizdən və vəziyyətimizdən xəcalət çəkirik. Çünki onların hələ cavan yaşlarında heyrətamiz məqamlara çatdığını görürük. Bunun əsas səbəbi odur ki, onlar elm və əməl məqamında fövqəladə idilər. O fövqəladə insanlar hara getdi ki, indi onların biri tapılmır?!

Bizimlə o dövrün alimləri arasındakı bu qədər fərqin mənşəyi nədir? O cür kəramət sahibi olmuş üləmadan geri qalmağımızın səbəbi nədir? Bu geriliyin mənşəyini tapmaq lazımdır. Halbuki, onlar da bizim indi məşğul olduğumuz işlərlə - dərs oxumaq, tədris, yazı-pozu işi ilə məşğul olurdular. Bəlkə əsas səbəb onların müstəhəbbata diqqət yetirmələri idi? Belə güman edirəm ki, əgər axtarsaq, bizimlə onlar arasındakı fərqi tapa bilərik. Baxmayaraq ki, onların yaşayış imkanları bizdən aşağı idi, amma hərəkətləri bizdən çox və əməllərinin də nəticələri müsbət idi. Onların zamanının camaatı da işlərində, ibadət və itaətlərində müvəffəq idilər. O dövrün insanlarının ibadət və itaətləri də qaydasında olmuşdur.

Yenə də baxmalıyıq ki, bizimlə keçmiş dövrün alimlərinin arasındakı ayrılığa nə bais olub. Onlardan bəziləri rüku və səcdədə ancaq 3 dəfə "Sübhanallah" deyirmişlər. Biz ki, artıq deyirik, niyə bizim işimiz nəticəsiz qaldı? Niyə?

Keçmiş dövrün alimlərinin əsəriyyəti kəramət sahibi idilər. Dərsdə də, bəhsdə də çalışqan idilər. Onlardan bəziləri iddia edirdilər ki, fiqh və üsulda mövcud kitablar məhv olsa, aradan getsə, bütün fiqh və üsul dərsliklərini əvvəldən axıra qədər yenidən yaza bilərik. Onlar boş-boşuna danışmırdılar."

Mənbə Ayətullah Behcətin hüzurunda, səh.5

İslamazeri.com

GÜNÜN MANŞETLERİ