Ayətullah Behcət: Dünya üçün niyə bu qədər fikir edirsiniz?

Ayətullah Behcət: Dünya üçün niyə bu qədər fikir edirsiniz?
Yayınlanma tarixi: 4.11.2022 16:26:04

İslamazeri.com-un Din rubrikasından...

"Allah-Taala biyabanda heyvanlara ruzi verir. Heyvanlar səhəri gün nə olacağını, yeməyə nə tapacaqlarını, harada yatacaqlarını bilmirlər. Allah onlara lazım olanı yetirir. Sizcə, bizim ruzimizi verməyəcək?! Ruzi üçün niyə bu qədər fikir edirik?!

Bununla belə, ruzimizi ancaq o yerlərdə axtarırıq ki, ya haramdır, ya şübhəli, ya da bizi ali ticarətdən - Salman məqamına çatmaqdan saxlayır.

Özümüzdən hara, kimə şikayət edək?!

Ey qazi! Bizə hakimlik et! Biz Salman kimi ola bilərik, amma öz ixtiyarımızla olmaq istəmirik.

Hələ kaş ki, məsələ təkcə "Salman olub-olmamaqda" olaydı. Məsələ bununla bitsəydi, nə var idi ki?! Əbu Süfyan, Əbu Cəhl olmaq necə?!

Nə edək? Öz əlimizdən kimə şikayət edək?"

Mənbə: Ayətullah Behcətin hüzurunda, səh.80

İslamazeri.com

GÜNÜN MANŞETLERİ