Ayətullah Behcət: Belə insanlardan uzaq olun!

Ayətullah Behcət: Belə insanlardan uzaq olun!
Yayınlanma tarixi: 25.10.2022 15:08:15

İslamazeri.com-un Din rubrikasından...

"Hər gün Quran oxumaq lazımdır - bu öz yerində - aydın məsələlərdəndir. Hər namazın öz təqibatını (gündəlik zikri, duası), həmçinin hər vaxtın və məkanın münasib duasını da oxuyun. Məscidlərə, şərəfli ziyarətgahlara çox gedin. Alimlərə, saleh insanlara tez-tez baş çəkin, onlarla oturub-durun. Bu, Allahın və Rəsulunun (s) bəyəndiyi xüsusiyyətlərdəndir.

Alimlərlə, saleh bəndələrlə oturub-durmaq günbəgün insanın bəsirətini aydınlaşdırır, ibadət, tilavət və ziyarətlə daha artıq ünsiyyət yaratmasına səbəb olur.

Əksinə, qəflət əhli ilə oturub-durmaq qəlbin qəsavətini, zülmətini artırır, insanı ibadətdən, ziyarətdən, soyudur. Bu səbəbdəndir ki, imanı zəif insanlarla oturub-durmaq nəticəsində insanın ibadətdən, ziyarətdən əldə etdiyi xoş ruhiyyə bədbin əhval-ruhiyyəyə çevrilir. Bunun üçün də zəif imanlı insanlarla - zəruri səbəb və ya onları hidayət məqsədi olmadığı halda oturub-durmaq insanın öz müsbət xüsusiyyətlərini əldən verməsinə səbəb olur, bəlkə də onların pis xüsusiyyətlərini mənimsəməsinə gətirib çıxardır.

Görüşü Allahı sizin yadınıza salan, danışıqları elminizi artıran, əməlləri sizi axirətə rəğbətləndirən kəslərlə oturub-durun".

Mənbə: Ayətullah Behcətin hüzurunda, səh.91

İslamazeri.com

GÜNÜN MANŞETLERİ