AEM: Bu apteklər məsuliyyət daşıyırlar!

AEM: Bu apteklər məsuliyyət daşıyırlar!
Yayınlanma tarixi: 22.03.2023 12:23:51

"İynə vurulması, sistem qoşulması hallarına yol verən apteklər məsuliyyət daşıyırlar"

Son zamanlar sosial şəbəkələrdə aktiv müzakirə olunan mövzulardan biri də halı pisləşən vətəndaşa apteklərdə iynə vurmağın mümkün olub-olmamasıdır. Bəs özünü pis hiss edən vətəndaşa aptekdə necə yardım etmək olar?

İslamazeri.com xəbər verir ki, Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq müfəttişliyi şöbəsinin müfəttişi Elvin Nağıyev qeyd edib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunun müvafiq maddəsinə əsasən, aptek təşkilatlarında yalnız insan həyatı üçün təhlükə olan hallarda ilkin tibbi yardım göstərilər bilər.

“İlkin tibbi yardıma yalnız bədən hərarətinin, boyun və çəkinin, arterial təzyiqin ölçülməsi və qanda şəkərin miqdarının təyini kimi kiçik prosedurlar daxildir. Lakin bu prosedurlardan əlavə apteklərdə iynə vurulması, sistem qoşulması kimi halların tətbiq edilməsi yolverilməzdir. Bu kimi hallara yol verən aptek təşkilatları İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati məsuliyyət daşıyırlar”, - deyə o qeyd edib.

GÜNÜN MANŞETLERİ