Eyn əl-Əsəd bazasında yerləşdirilən ABŞ ordusu Həşd əş-Şabini təhdid edərək, İŞİD terrorçularına qarşı əməliyyatların qarşısını alıb.
İraqın təhlükəsizlik rəsmisi bildirib ki, ABŞ hərbçiləri Əl-Ənbar vilayətində Həşd əş-Şabi qüvvələrinin İŞİD-ə qarşı əməliyyatını əngəlləyib.
İslamazeri.com xəbər verir ki, İraq təhlükəsizlik rəsmisi əl-Məlumə xəbər saytına deyib:
"Eyn əl-Əsəd bazasında yerləşdirilən ABŞ ordusu Həşd əş-Şabini təhdid edərək, İŞİD terrorçularına qarşı əməliyyatların qarşısını alıb.
Amerikalılar bu əməliyyatın həyata keçiriləcəyi təqdirdə Həşdi Şabi qüvvələrini hədəf alacaqları barədə xəbərdarlıq ediblər.
Əl-Ənbar vilayətinin qərbində və Suriya sərhədlərinə yaxın Vadi Horan bölgəsində keçirilməsi planlaşdırılan bu əməliyyat üçün İŞİD komandirləri və ünsürlərinin hərəkətləri haqqında ətraflı məlumat toplanıb.
ABŞ hərbçiləri Vadi Xoran bölgəsində İŞİD terrorçularının sayının artdığını yaxşı bilir, lakin heç bir tədbir görmür və eyni zamanda İraq qüvvələrinin əməliyyatlarına mane olur.
İraqın Birgə Əməliyyat Komandanlığı bu ərazinin İŞİD-dən təmizlənməsi məsuliyyətini Həşdi Şabi qüvvələrinə həvalə edib".
Qeyd edək ki, Həşd Şabi şənbə günü təhlükəsizlik əməliyyatına başlamaq üçün Suriya sərhədi yaxınlığındakı səhra ərazilərə ağır texnika və silah göndərdiyini açıqlayıb.