6 nəfər rus casus yaxalandı - TÜRKİYƏDƏ

6 nəfər rus casus yaxalandı - TÜRKİYƏDƏ
Yayınlanma tarixi: 11/2/2021 5:29:36 PM

Rusiyalı casusların Türkiyədə yaşayan Abdulhakim adlı çeçen müxalifə qarşı sui-qəsd hazırladıqları müəyyən olunub.

Türkiyə Kəşfiyyat İdarəsi (MİT) bu dəfə Rusiyanın 6 casusunu yaxalayıb.

İslamazeri.com "Avropa.info"-ya istinadən xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Rusiya kəşfiyyatına işləyən 4-ü rus, biri ukraynalı və biri özbək olmaqla 6 casus Türkiyədə çeçen müxalifə qarşı sui-qəsd təşkil etməyi planlaşdırırmışlar.

Daha əvvəl tez-tez çeçen müxaliflərə qarşı sui-qəsd təşkil edən rus casuslarının bu dəfəki hədəfi Türkiyədə yaşayan Abdulhakim adlı çeçen olub.

MİT-in həyata keçirdiyi əməliyyat ilə sui-qəsd cəhdində istifadə ediləcək səsboğucu silahlar cəsusların məskunlaşdığı evin hamamının tavanındakı gizli bölmədən tapılıb.

GÜNÜN MANŞETLERİ

Netanyahunun son videosunu Süni İntelekt hazırlayıb?
DÜNYA / TEXNOLOGİYA

Netanyahunun son videosunu Süni İntelekt hazırlayıb?

3/14/2026 12:58:35 AM
ABŞ iştirak etdiyi bütün müharibələrdə uduzub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ iştirak etdiyi bütün müharibələrdə uduzub

3/14/2026 12:40:01 AM