Yüzlərlə yəhudi mühacir Məscidül-Əqsaya hücum edib

Yüzlərlə yəhudi mühacir Məscidül-Əqsaya hücum edib
Yayınlanma tarixi: 10/5/2022 1:57:07 PM

Sionist qəsəbə sakinləri düşmənçilik hərəkətlərinin davamında növbəti dəfə Məscidül-Əqsaya hücum ediblər.

İslamazeri.com xəbər verir ki, Məscidül-Əqsa demək olar ki, hər gün kütləvi şəkildə və sionist rejim hərbçilərinin dəstəyi ilə bu məscidə daxil olan sionist qəsəbə sakinlərinin hücumun şahididir. 

Sionistlər Məscidül-Əqsaya hücumlarını gücləndirməklə, bu məscidin zaman və məkan bölgüsü üçün zəmin yaratmağa çalışırlar.

Əl-Əhd portalının məlumatına görə, ən azı 500 sionist mühacir çərşənbə axşamı səhər saatlarından Məscidül-Əqsaya basqın edib.

Digər tərəfdən, Fələstin mənbələri sionist ravvin Yəhuda Qlikin bir qrup sionistlə birlikdə Məscidül-Əqsaya hücumundan xəbər veriblər.

Sionist ravvin bu hücumda Məscidül-Əqsanın girişindən Bab Əl-Rəhmanın ətrafında siqnal verməyə başlayıb. 

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM