Yəmən: Səudiyyənin istənilən hücumuna cavab verməyə hazırıq!

Yəmən: Səudiyyənin istənilən hücumuna cavab verməyə hazırıq!
Yayınlanma tarixi: 26.12.2022 10:19:36

Yəmənin müdafiə naziri Məhəmməd Nasir əl-Atifi Səudiyyə Ərəbistanının başçılıq etdiyi işğalçı koalisiyanın istənilən hücumuna cavab verməyə hazır olduqlarını bəyan edib.

İslamazeri.com xəbər verir ki, Ərəb KİV-lərinin məlumatına görə, Yəmənin müdafiə naziri Məhəmməd Nasir əl-Atifi ölkənin silahlı qüvvələrinin istənilən düşmən hərəkətinə sərt cavab verməyə hazır olduğunu bəyan edib.

Atifi deyib:

"Təcavüzkar dövlətlər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hazırda vəziyyətini yaxşılaşdırır. Onlar işğal etdikləri ərazilərdə hərbi mövcudluğunu gücləndirməyə çalışırlar".

Yəmənli nazir Səudiyyə Ərəbistanının başçılıq etdiyi işğalçı koalisiyaya xəbərdarlıq edərək, "Yəmən ordusu olaraq təcavüzkarlara cavab vermək və işğalçı ölkələrin dərinliklərindəki həyati əhəmiyyətli obyektləri hədəfə almaq qüdrətinə sahibik", - deyə bildirib.

Qeyd edək ki, aprelin 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə əldə edilmiş müvəqqəti atəşkəs oktyabrın 2-də başa çatıb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin martından Yəmənə qarşı hərbi hücumlar həyata keçirir.

BMT-nin məlumatına görə, Yəməndə tüğyan edən müharibə birbaşa və ya dolayısı ilə yüz minlərlə insanın ölümünə səbəb olub və dünyanın ən pis humanitar böhranını yaradıb.

GÜNÜN MANŞETLERİ