Yanvar ayının 1-dən Vergi Məcəlləsində yeni dəyişikliklər qüvvəyə minib
İslamazeri.com xəbər verir ki, dəyişikliklərdən biri də ƏDV-ni geri al qaydaları ilə bağlıdır.
Artıq bu aydan etibarən plastik kartadan istifadə edərək alış-veriş edən vətəndaşlarımız üçün ƏDV-nin 15.0 deyil, 17.5 faizi geri qaytarılacaq. Eyni zamanda, nağd şəkildə ödəniş edənlər ƏDV-nin 10.0 deyil, 5.0 faizini geri ala biləcəklər.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, işğaldan azad olunan ərazilərimizdə nağdsız ödəniş edən vətəndaşlarımız üçün isə ƏDV-nin 30.0 faizi geri qaytarılacaq. Bütövlükdə, Qarabağ və Şərqi Zəngəzurda yanvarın 1-dən etibarın 10 illik geniş miqyaslı güzəştlərin tətbiqinə start verildi.