"Düşmənlərə elə zərbə vuracağıq ki, bir daha İrana hücumu düşünməsinlər"
İslamazeri.com xəbər verir ki, İran Parlamentinin sədri qətiyyən atəşkəs istəmədiklərini bildirərək deyib: "İstədiyimiz şey təcavüzkara şillə vurmaqdır ki, o, dərs çıxarsın və bir daha İrana hücum etməyi düşünməsin".
İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf X sosial media platformasında paylaşım edərək bildirib:
"Biz qətiyyən atəşkəs istəmirik; təcavüzkara şillə vurmalıyıq ki, o, dərs çıxarsın və bir daha İrana hücum etməyi düşünməsin. Sionist rejim "müharibə-danışıqlar-atəşkəs və sonra yenidən müharibə" dövründə çirkli həyatını davam etdirərək öz dominantlığını möhkəmləndirməyə çalışır. Biz bu dövrü qıracağıq".