Yanacaqdaşıyan avtomobil yandı: Bir nəfər həyatını itirib

Yanacaqdaşıyan avtomobil yandı: Bir nəfər həyatını itirib
Yayınlanma tarixi: 3.01.2023 10:06:00

Hadisə nəticəsində ilkin məlumata görə 1 nəfər dünyasını dəyişib

İslamazeri.com xəbər verir ki, Baş DYP İdarəsindən verilən məlumata görə bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə, ilkin məlumata görə hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaq daşıyan avtomobildir. Əraziyə dərhal Baş DYP İdarəsinin və FHN-nin əməkdaşları cəlb edilib. 
Hadisə nəticəsində ilkin məlumata görə 1 nəfər dünyasını dəyişib. DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər.

GÜNÜN MANŞETLERİ