Xırdalanda çoxmərtəbəli yaşayış binasında partlayış olub

Xırdalanda çoxmərtəbəli yaşayış binasında partlayış olub
Yayınlanma tarixi: 3.12.2022 12:32:32

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış olub.

Bu barədə "İslamazeri.com"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Xırdalanda çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı onyeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ikiotaqlı mənzilin hamam otağında “Ariston" markalı su qızdırıcısında partlayışın baş verdiyi, yanğın qeydə alınmadığı müəyyən edilib.

Hadisə nəticəsində mənzilin giriş qapısı və 1 ədəd pəncərə çərçivəsi yerindən çıxıb, hamam otağına ciddi ziyan dəyib. Partlayış nəticəsində xəsarət alan olmayıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

 

GÜNÜN MANŞETLERİ

Qəlb necə daşlaşır?
DİN

Qəlb necə daşlaşır?

1.02.2023 18:31:25
Son sutkadakı yoluxma sayı açıqlandı
ÖLKƏ / SƏHİYYƏ

Son sutkadakı yoluxma sayı açıqlandı

1.02.2023 16:38:17