Xəzər dənizi sahilindən qanunsuz qum daşınması müəyyən edilib

Xəzər dənizi sahilindən qanunsuz qum daşınması müəyyən edilib
Yayınlanma tarixi: 4/3/2023 11:14:59 AM

Xəzər dənizi sahilindən qanunsuz qum daşınması müəyyən edilib.

Astara rayonu, Xəzər dənizi sahilindən qum daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

İslamazeri.com xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sözügedən ərazidən vətəndaş Qalib Rəhmətov tərəfindən “Ural” markalı 99-LU-615 dövlət nömrə nişanlı, Mahir Məmmədov tərəfindən “T-16” traktor markalı 07 T-230 dövlət nömrə nişanlı, Camal Əkbərov tərəfindən “Kamaz” markalı 99-OK-391 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə 13,5 m3 həcmində qanunsuz qum daşındığı müəyyən edilib:

“Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

GÜNÜN MANŞETLERİ

İsrailin Merkava tankı belə vuruldu - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Merkava tankı belə vuruldu - VİDEO

3/27/2026 11:00:01 PM
General Musəvi: Bu dəfə məsələ gözə-göz olmayacaq; gözləyin...
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

General Musəvi: Bu dəfə məsələ gözə-göz olmayacaq; gözləyin...

3/27/2026 10:57:31 PM