Vasif Talıbovun qardaşının yerinə təyinat

Vasif Talıbovun qardaşının yerinə təyinat
Yayınlanma tarixi: 30.12.2022 16:23:32

Bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş Prokurorluğunun İstintaq İdarəsinin rəsi müavini Sənan Paşayev tutduğu vəzifədən azad edilib.

İslamazeri.com xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun digər əmrinə əsasən, o, Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini vəzifəsinə təyin olunub.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a təsdiqləyib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini daha əvvəl Muxtar Respublikanın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov idi.

GÜNÜN MANŞETLERİ