Uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətlər artırılacaq

Uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətlər artırılacaq
Yayınlanma tarixi: 8.11.2021 17:17:02

2022-ci ildə ümumilikdə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin 182 milyon manat olacağı proqnozlaşdırılır.

Gələn il uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətlərin maliyyələşdirilməsi üçün 2022-ci ildə 20 milyon manat məbləğində vəsaitin xərc ediləcəyi proqnozlaşdırılır.

İslamazeri.com-un məlumatına görə, bu, “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsində əksini tapıb.

Hesablama Palatasının “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsinə rəyində qeyd olunub ki, bu, cari ilin gözlənilən icrasından 5,3 milyon manat (36,1 %), 2020-ci ilin faktiki icrasından isə 10,5 milyon manat (2,1 dəfə) çoxdur.

GÜNÜN MANŞETLERİ