Ukrayna Gürcüstandan ZRK-ni qaytarmasını tələb edir

Ukrayna Gürcüstandan ZRK-ni qaytarmasını tələb edir
Yayınlanma tarixi: 9.01.2023 20:57:54

Kiyev Tbilisidən “Buk” zenit raket komplekslərini (ZRK) geri verməyi istəyib.

İslamazeri.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər müvəkkili Andrey Kasyanov bildirib.

Qeyd edək ki, sözügedən ZRK sistemləri 2008-ci ildə Kiyev tərəfindən Tbilisiyə verilib.

“Ukrayna tərəfi bütün beynəlxalq həmkarlarına, o cümlədən də Gürcüstana silahların, hərbi texnikanın və döyüş sursatlarının təqdim edilməsi ilə bağlı göndərdiyi öz sorğularında müntəzəmdir. Xüsusən də, Kiyev 2008-ci ildə müharibə zamanı Ukraynanın Gürcüstana verdiyi “Buk” komplekslərini verməyi istəyib“, – deyə Kasyanov qeyd edib.

Ukraynalı diplomat deyib ki, həmçinin ABŞ tərəfindən Gürcüstana verilən “Javelin” tank əleyhinə raket komlekslərinin də Ukrayna verilməsini istəyib. Onun sözlərinə görə, ABŞ buna öz razılığını verib və Gürcüstana onun əvəzində daha yeni komplekslər verməyə hazır idi.

Həmçinin əlavə edilib ki, Gürcüstan Ukraynanın bu istəklərinə qəti şəkildə “yox” deyib.

GÜNÜN MANŞETLERİ