Episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdə həyatını itirənlərin sayı 8574-ə yüksəlib.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki,evralın 6-da baş verən zəlzələlərin dağıtdığı fəlakət bölgəsində tədqiqatlar aparan prezident Rəcəb Tayyib Ərdoğan həlak olanların sayının 8 min 574-ə, yaralı sayının isə 49 min 133-ə yüksəldiyini açıqlayıb.
6 min 444 binanın dağıntılarında axtarış-xilasetmə işləri davam edir.
Bölgədə 90 mindən çox ailə üçün 70 min 818 çadır qurulub.
Zəlzələ bölgəsində 96 670 nəfər axtarış-xilasetmə heyəti fəaliyyət göstərir.
Səhiyyə naziri Fahrettin Koca zəlzələdən zərər çəkmiş 10 vilayətdə 77 sahra xəstəxanası qurduqlarını bildirərək deyib:
"Təcili tibbi yardım göstərildiyi bu xəstəxanaların bəzilərində də cərrahi əməliyyatlar edilə bilir. Sağlamlıqları riskli olan zəlzələ qurbanlarımız ilk müdaxilədən sonra helikopterlərlə bölgədəki xəstəxanalara çatdırılır".