Türkiyə qoşunlarını Suriya ərazisindən çıxaracaq

Türkiyə qoşunlarını Suriya ərazisindən çıxaracaq
Yayınlanma tarixi: 31.12.2022 13:50:04

Türkiyə, Suriya və Rusiya müdafiə nazirlərinin Moskvada keçirilən görüşündən sonra bu barədə razılıq əldə olunub.

Rəsmi Ankara qoşunlarını Suriya ərazisindən çıxarmağa razılaşıb.

İslamazeri.com Sputnik-ə istinadən xəbər verir ki, Türkiyə, Suriya və Rusiya müdafiə nazirlərinin Moskvada keçirilən görüşündən sonra bu barədə razılıq əldə olunub.
Suriyanın Əl-Vətən nəşri mənbələrindən birinə istinadən yazıb ki, üç ölkə nazirlərinin Moskvada keçirilən görüşünün nəticələrindən biri Türkiyənin Suriyanın şimalında işğal etdiyi ərazilərdən tamamilə çıxması ilə bağlı razılıq əldə etməsi olub.
Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri bu həftə Moskvada Suriya böhranının həlli yollarını müzakirə etmək üçün üçtərəfli danışıqlar aparıblar. Bu barədə daha əvvəl Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, “görüşdən sonra tərəflər bu formatda keçirilən dialoqun konstruktiv xarakterini və Ərəb Respublikasında və bütövlükdə regionda vəziyyətin daha da sabitləşdirilməsi maraqları naminə onun davam etdirilməsinin zəruriliyini qeyd ediblər”.
“Hürriyet” qəzetinin yazdığına görə, Moskvada hərbi idarələrin rəhbərləri arasında keçirilən danışıqlar Ankara ilə Dəməşq arasında son 11 ildə ilk rəsmi danışıqlar olub.
“Əl-Vətən” qeyd edib ki, tərəflər həmçinin Suriyanın şimalında M4 avtomobil yolu ilə bağlı 2020-ci il müqaviləsinin icrasını müzakirə ediblər.
Mənbənin sözlərinə görə, tərəflər Türkiyədə qadağan olunmuş PKK birləşmələrinin “İsrail və ABŞ-ın agentləri olduğunu və Türkiyə və Suriya üçün ən böyük təhlükə yaratdığını” vurğulayıblar.

GÜNÜN MANŞETLERİ