Türkiyə bu ilin əvvəlindən 3 mindən çox terrorçunu zərərsizləşdirib

Türkiyə bu ilin əvvəlindən 3 mindən çox terrorçunu zərərsizləşdirib
Yayınlanma tarixi: 23.10.2022 11:39:08

Türkiyənin milli müdafiə naziri Hulusi Akar terrorçulara qarşı aparılan mübarizə ilə bağlı məlumatlar verib.

İslamazeri.com trthaber-ə istinadən xəbər verir ki,  türkiyəli nazir 2015-ci ilin iyul ayından bu günədək  36 417, bu ilin əvvəlindən etibarən isə Suriya və İraqın şimalında 3 148 terrorçu zərərsizləşdirildiyini deyib.
Türkiyə Milli müdafiə naziri Hulusi Akar Ədirnə Valiliyinin təşkil etdiyi “Şəhid və Qazi Ailələri Görüşü”nə qatılıb.
Şəhid ailələri və qazilərlə bir araya gəlməkdən məmnunluğunu ifadə edən Hulusi Akar dünyada və bölgədə ciddi problemlər və böhranların yaşandığı və bütün prosesləri yaxından izlədiklərini söyləyib.
Türkiyə Silahlı Qüvvələrinin ölkə daxilində və sərhəddən kənarda verilən tabşırıqları böyük qəhrəmanlıq və fədakarlıqla yerinə yetirdiyini qeyd edən Hulusi Akar deyib: "Hərbçilərimiz xalqımızın rahat və əmin-amanlıq içində yaşaya bilməsi üçün böyük qəhrəmanlıq və fədakarlıq nümayiş etdirir''.
Sərhəd təhlükəsizliyi ilə bağlı Cümhuriyyət tarixində ən sıx tədbirlərin görüldüyünü və hərbçilərin “sərhəd şərəfdir” anlayışı ilə vəzifələrini icra etdiyini vurğulayan Hulusi Akar terrorla mübarizənin qətiyyətlə davam etdiyini ifadə edib.
Şimali İraq və Suriyada antiterror əməliyyatlarının davam etdiyini qeyd edən Hulusi Akar "Hərbçilərimiz terrorçulara ağır zərbələr endirməyə davam edir. Bizim yeganə hədəfimiz terrorçulardır. Terrorçulardan başqa hədəfimiz yoxdur. 2015-ci ilin iyul ayından bu günədək  36 417, bu ilin əvvəlindn etibarən isə Suriya və İraqın şimalında 3 148 terrorçu zərərsizləşdirilib
Mübarizəmiz sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcək. Biz heç bir şəhidimizin bir damla qanını yerdə qoymadıq'', deyə bildirib.

GÜNÜN MANŞETLERİ