Tunis: Fələstin hökuməti qurulmadan sülh mümkün deyil!

Tunis: Fələstin hökuməti qurulmadan sülh mümkün deyil!
Yayınlanma tarixi: 11/2/2022 11:54:54 AM

"Biz Fələstin məsələsini yaxından izləyirik və bütün beynəlxalq toplantıların gündəliyinə çıxarırıq".

Tunis prezidenti Ərəb Liqası rəhbərlərinin görüşündə bəyan edib ki, sülh yalnız fələstinlilərin paytaxtı Qüds olan müstəqil dövlət əldə etdikdə əldə edilə bilər.

İslamazeri.com xəbər verir ki, Tunis prezidenti Qeys Səid çərşənbə axşamı Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci sammitinin açılış sessiyasında deyib:

"Biz Fələstin məsələsini yaxından izləyirik və bütün beynəlxalq toplantıların gündəliyinə çıxarırıq".

Ərəb Liqasının sədrliyinin Əlcəzairə təhvil verilməsi ilə bağlı açılış nitqi ilə çıxış edən Qeys Səid bildirib: "Paytaxtı Qüds olan müstəqil Fələstin dövləti qurulduğu zaman sülh inkişaf edəcək".

Qeyd edək ki, Ərəb Liqası rəhbərlərinin 31-ci iclası çərşənbə axşamı bəzi ərəb ölkələrinin liderlərinin iştirakı ilə və Suriyanın iştirakı olmadan Əlcəzairdə başlayıb.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM