Təxirə salınan sertifikasiya imtahanları bərpa edilir

Təxirə salınan sertifikasiya imtahanları bərpa edilir
Yayınlanma tarixi: 6.01.2023 16:25:54

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin 26 dekabr 2022-ci il tarixindən texniki səbəblərdən təxirə salınan sertifikasiya imtahanları yanvarın 11-dən etibarən keçirilməsi bərpa edilir.

İslamazeri.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, imtahanı təxirə salınan şəxslərə yeni imtahan tarixləri və yenilənmiş imtahan buraxılış vərəqələri yanvarın 9-da təkrar göndəriləcək.

Yanvarın 11-də keçiriləcək sertifikasiya imtahanında iştirakı nəzərdə tutulan şəxslər imtahan buraxılış vərəqəsində qeyd olunmuş ünvan və saatda sertifikasiya imtahanında iştirak üçün dəvət olunurlar.

GÜNÜN MANŞETLERİ