Taliban sözçüsü Türkiyə səfiri ilə görüşüb

Taliban sözçüsü Türkiyə səfiri ilə görüşüb
Yayınlanma tarixi: 11/10/2022 11:23:42 AM

Əfqanıstandakı Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid və Türkiyənin Kabildəki səfiri görüşərək, iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

İslamazeri.com xəbər verir ki, Zəbihullah Mücahid və Cihad Ergin dünənki görüşdə Əfqanıstan və Türkiyə münasibətlərini tarixi və yaxşı adlandırıb və iki ölkə arasında əlaqələrin güclənməsini və genişlənməsini vurğulayıblar.

Bu görüşdə Zəbihullah Mücahid son vaxtlar Taliban nümayəndə heyətinin Türkiyə tərəfindən müsbət qarşılanmasından məmnunluğunu ifadə edərək, türk xalqının əfqanlarla dostluğunu, bu ölkənin iş adamları və sənayeçilərinin Əfqanıstana sərmayə qoymağa marağını yüksək qiymətləndirib.

Bu görüşdə Türkiyənin Kabildəki səfiri Ankaranın Əfqanıstanla əlaqələrin gücləndirilməsində maraqlı olduğunu vurğulayıb.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM