Suriyanın ən iri neft yatağında partlayış

Suriyanın ən iri neft yatağında partlayış
Yayınlanma tarixi: 24.10.2022 10:22:59

Əlməyadin informasiya kanalı dünən axşam təcili bir xəbərdə amerikalı qüvvələrin işğalı altında olan Suriyanın Diyrəzzur bölgəsinin şərqindəki Əl-Ömər neft yatağında partlayışın baş verdiyini bildirib.

İslamazeri.com xəbər verir ki, Əl-Ömər, Suriyanın ən iri neft yatağıdır. Amerikanın ən böyük hərbi bazası da məhz bu yataqda yerləşir.

Suriya hökuməti dəfələrlə xəbərdarlıq edibdir ki, amerikan hərbçilərin iştirakı qanunsuzdur və ona son qoyacaq.

İndiyədək sözügedən partlayışın başvermə səbəbi müəyyən edilməyib

GÜNÜN MANŞETLERİ