Suriyadan Fransaya CAVAB

Suriyadan Fransaya CAVAB
Yayınlanma tarixi: 10.11.2022 13:34:33

Suriya Xarici İşlər Nazirliyi bəyan edib ki, Fransa Xarici İşlər Nazirliyinin Suriyanın şimal-qərbindəki vəziyyətlə bağlı bəyanatı Fransa hökumətinin dağıdıcı rolunu vurğulayır və terror təşkilatlarına dəstəyini bir daha ortaya qoyur.

İslamazeri.com xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyindəki rəsmi mənbə ölkənin rəsmi xəbər agentliyi SANA-ya bildirib.

Məlumata görə, Suriya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Fransa Xarici İşlər Nazirliyinin yalan və əsassız iddialarla dolu açıqlaması Fransa hökumətinin Suriyadakı terror qruplaşmalarına verdiyi dəstəyi bir daha ortaya qoyur.

"Fransa hökuməti Suriyanın şimal-qərbində terrorçu qrupların hərəkətlərinin genişlənməsini pisləməli idi", - Suriya rəsmi mənbəsi bildirib.

Suriya Xarici İşlər Nazirliyinin rəsmisi daha sonra bildirib:

"Suriya bir daha vurğulayır ki, terror qruplaşmalarından geriyə qalanlar tamamilə sıxışdırıb məhv edənə qədər təqib ediləcək. Fransa hökumətinin və digər düşmən dövlətlərin münasibəti heç vaxt bu məqsədin reallaşmasına, ölkədə təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə mane olmayacaq".

GÜNÜN MANŞETLERİ