Suriyada ABŞ hərbi konvoyu geri çəkilməyə məcbur edilib

Suriyada ABŞ hərbi konvoyu geri çəkilməyə məcbur edilib
Yayınlanma tarixi: 27.12.2022 18:00:46

Suriya ordusunun nəzarət-buraxılış məntəqəsi Qamışlı (Həsəkə) ətrafındakı Tel əl-Zəhab kəndindən Amerika hərbi karvanını çıxarıb.

Suriya ordusu amerikalı əsgərlərdən ibarət karvanı Suriyanın şimalındakı Qamışlı yaxınlığındakı kənddən geri çəkilməyə məcbur edib.

İslamazeri.com "Tasnim"ə istinadən xəbər verir ki, Suriya ordusunun nəzarət-buraxılış məntəqəsi Qamışlı (Həsəkə) ətrafındakı Tel əl-Zəhab kəndindən Amerika hərbi karvanını çıxarıb.

Suriyanın yerli mənbələri SANA-ya bildiriblər ki, Qamışlının cənub ətrafındakı Tel əl-Zəhab kəndindən Qamışlı (Həsəkə) şəhərinə hərəkət etməyi planlaşdıran 5 zirehli maşından ibarət Amerika hərbi karvanı Suriya ordusunun nəzarət-buraxılış məntəqəsi tərəfindən dəf edilib.

Suriyada Amerika işğalının qeyri-qanuni bazalarının yaradılmasından bəri Suriya ordusu dəfələrlə Amerika hərbi karvanlarının yerləşdikləri ərazilərin yaxınlığından hərəkət və keçidini əngəlləyib, onları geri çəkilməyə məcbur edib.

ABŞ-ın Suriyadakı hərbi qolu olan İŞİD terror təşkilatının məğlubiyyəti ilə Amerika qüvvələri birbaşa onların yerinə keçdi və İŞİD-in yerinə eyni dövrdən Suriyanın neft və ehtiyatlarını çıxarıb oğurlamağa başladı.

Həsəkədə və Suriyanın digər şimal bölgələrində Vaşinqton tərəfindən dəstəklənən Amerika qüvvələri və Suriya Demokratik Qüvvələri (SDQ) hər zaman Suriya vətəndaşlarının işğalçıların və silahlı birləşmələrin bu bölgələrin sakinlərinə qarşı terror aktlarına etirazlarının şahidi olub.

GÜNÜN MANŞETLERİ