Suriya yenidən Ərəb Liqasına qayıdıb

Suriya yenidən Ərəb Liqasına qayıdıb
Yayınlanma tarixi: 8.05.2023 11:48:33

Ərəb Dövlətləri Liqasının xarici işlər nazirləri dünən Misirin paytaxtı Qahirədə Suriya və Sudan gündəmi ilə bir araya gəlib.

Ərəb Liqasının xarici işlər nazirlərinin Suriyanın 12 ildən sonra şərti olaraq Liqaya qaytarılması ilə bağlı razılığa gəldiyi açıqlanıb.

İslamazeri.com xəbər verir ki, Ərəb Dövlətləri Liqasının xarici işlər nazirləri dünən Misirin paytaxtı Qahirədə Suriya və Sudan gündəmi ilə bir araya gəlib.

Ərəb ölkələrinin xarici işlər nazirlərinin Suriyanın 12 ildən sonra şərti olaraq Ərəb Liqasına qaytarılması ilə bağlı razılığa gəldiyi açıqlanıb.

İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Səhaf da ərəb ölkələrinin xarici işlər nazirlərinin görüşündə Suriyanın Ərəb Liqasına qayıtması ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.

Qeyd edək ki, Suriya, Misir, İraq, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirləri mayın 1-də Suriyanın Ərəb Liqasına üzvlüyünün 2011-ci ildə dayandırılmasından sonra ilk dəfə İordaniyanın paytaxtı Əmmanda görüşüblər.

GÜNÜN MANŞETLERİ