Suriya işğalçı rejimin həbsxanalarında fələstinli məhbusların hüquqlarının, xüsusilə də səhiyyə hüququnun pozulmasının davam etməsini pisləyir.
Suriya Xarici İşlər Nazirliyi sionist rejimin nəzarətində olan fələstinli məhbuslarla həmrəy olduğunu bəyan edib və bu rejimin məhbuslara qarşı qanunsuz hərəkətlərini pisləyib və onların dərhal azadlığa buraxılmasını istəyib.
İslamazeri.com xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyi öz twitter səhifəsində belə bir paylaşım edib:
"Suriya işğalçı rejimin həbsxanalarında fələstinli məhbusların hüquqlarının, xüsusilə də səhiyyə hüququnun pozulmasının davam etməsini pisləyir.
Beynəlxalq və humanitar hüququn açıq şəkildə pozulması olan bu hüquqdan məhrum edilməsi çoxlu sayda fələstinli məhbusun şəhid olmasına səbəb olub. Bunlardan sonuncusu şəhid Nasir Əbu Həmiddir".
Qeyd edək ki, 50 yaşlı fələstinli məhbus Nasir Əbu Həmid sionist rejimin tibbi səhlənkarlığı ucbatından uzun sürən xərçəng xəstəliyindən sonra ötən gün dünyasını dəyişib.