Sumqayıtda qanunsuz tikilən obyekt sökülüb

Sumqayıtda qanunsuz tikilən obyekt sökülüb
Yayınlanma tarixi: 5.01.2023 13:07:48

Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Sumqayıtda qanunsuz tikilən obyekti söküb.

Bu barədə "İslamazeri.com"a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində müvafiq icazəverici sənədlər olmadan və yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

GÜNÜN MANŞETLERİ