Süleymaniyyə hava limanı yaxınlığında partlayış baş verib

Süleymaniyyə hava limanı yaxınlığında partlayış baş verib
Yayınlanma tarixi: 8.04.2023 14:30:12

İraqın Süleymaniyyə şəhərindəki Süleymaniyyə Beynəlxalq Hava Limanında partlayış baş verib.

İslamazeri.com xəbər verir ki, İraqın şimalında İraq Kürd Regional Rəhbərliyinin Süleymaniyyə şəhərində Süleymaniyyə hava limanı yaxınlığında partlayış baş verib.

Süleymaniyyə Beynəlxalq Hava Limanı Polis İdarəsi mövzu ilə bağlı açıqlama verib.

Açıqlamada axşam saat 16.18 radələrində hava limanının hasarının yaxınlığında partlayışın baş verdiyi qeyd edilib.

Partlayışdan sonra baş verən yanğının nəzarət altına alındığı, hadisədə itki olmadığı bildirilib.

Mövzu ilə bağlı araşdırmaların davam etdiyi və ətraflı izahatın daha sonra veriləcəyi bildirilib.

Partlayışın səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.

GÜNÜN MANŞETLERİ