Somalidə terror aktı: Ölənlər var

Somalidə terror aktı: Ölənlər var
Yayınlanma tarixi: 4.01.2023 14:11:44

Somalidə 2 bomba yüklü avtomobillə təşkil edilən hücumlarda 9 nəfərin həyatını itirdiyi açıqlanıb.

Bu dəfə Somalidəki terrorçuların hədəfi ölkənin mərkəzi hissəsində yaşayan dinc sakinlər olub.

İslamazeri.com xəbər verir ki, terrorçular Mahas şəhərində eyni vaxtda iki bomba yüklü maşını partladıblar.

İlk təsbitlərə görə, partlayışlarda 9 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.

GÜNÜN MANŞETLERİ