Şeyx Zəkzaki: Səudiyyə Ərəbistanı ABŞ və Londonun əmrlərini yerinə yetirir

Şeyx Zəkzaki: Səudiyyə Ərəbistanı ABŞ və Londonun əmrlərini yerinə yetirir
Yayınlanma tarixi: 10/12/2022 12:17:05 PM

"Ərəbistan ABŞ və İngiltərənin yerində hərəkət edərək Vaşinqton və Londonun əmrlərini yerinə yetirdi".

İslamazeri.com xəbər verir ki, Nigeriya şiələrinin lideri Şeyx İbrahim Zəkzaki əl-Aləm kanalına müsahibəsində Zaria faciəsində şəhid olanların sayı ilə bağlı bildirib:

"Hakimiyyət cürbəcür yalanlar deyirdi, əvvəlcə deyirdilər ki, bir nəfər də olsun ölməyib, sonra isə ordunun 17 nəfəri öldürdüyünü deyiblər. 

Halbuki, topladığımız məlumata görə, bu fəlakətdə mindən çox, hətta daha çox insan həlak olub".

Nigeriyalı müsəlmanların öldürülməsində Səudiyyə Ərəbistanının rolu ilə bağlı Şeyx Zəkzaki deyib:

"Səudiyyənin vəliəhdi “New York Times” qəzetinə verdiyi müsahibədə hədələyici bir səs tonu ilə: "Biz Afrikada Hizbullaha bənzər hərəkatı yatırdıq və onun lideri Zəkzakinin İrandakı kimi bir İslam hökuməti qurmasına mane olduq", - deyirdi.

Bu hərəkətin əsas səbəbi Səudiyyə Ərəbistanı deyildi. Ərəbistan ABŞ və İngiltərənin yerində hərəkət edərək Vaşinqton və Londonun əmrlərini yerinə yetirdi”.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM