Səudiyyədə güclü yağışlar səbəbindən məktəblər bağlandı

Səudiyyədə güclü yağışlar səbəbindən məktəblər bağlandı
Yayınlanma tarixi: 4.01.2023 11:15:14

Səudiyyə Ərəbistanında güclü yağışlar nəticəsində baş verən daşqınlar səbəbindən Məkkə, Mədinə və paytaxt Ər-Riyad daxil olmaqla bəzi şəhər və rayonlarda təhsilin onlayn aparılması qərarına gəlinib.

Səudiyyə Ərəbistanının Mədinə şəhərində səhər radələrində başlayan leysan yağışları selə səbəb olub.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi “SPA” məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanında güclü yağışlar nəticəsində baş verən daşqınlar səbəbindən Məkkə, Mədinə və paytaxt Ər-Riyad daxil olmaqla bəzi şəhər və rayonlarda təhsilin onlayn aparılması qərarına gəlinib.

Vətəndaşlar isə tədbirli olmaları barədə xəbərdarlıq edilib.

GÜNÜN MANŞETLERİ