Səudiyyə Yəmənin daha bir neft tankerini ələ keçirib

Səudiyyə Yəmənin daha bir neft tankerini ələ keçirib
Yayınlanma tarixi: 10/21/2022 11:04:13 AM

Yəmənin Milli Neft Şirkəti bu ölkədən yanacaq daşıyan daha bir gəminin təcavüzkar Səudiyyə koalisiyası tərəfindən ələ keçirildiyini açıqlayıb.

İslamazeri.com xəbər verir ki, Yəmənin Milli Neft Şirkəti cümə axşamı gecəsi Səudiyyənin hücum koalisiyasının Yəmənə yanacaq daşıyan “Lady Sara” adlı gəmini ələ keçirdiyini açıqlayıb.

Yəmən Milli Neft Şirkətinin açıqlamasına görə, bu gəminin BMT-dən icazəsi var.

Xatırladaq ki, bir müddət əvvəl Səudiyyə koalisiyası Yəmənin daha bir neft tankerini ələ keçirmişdi.

Yəmənin Milli Neft Şirkəti bu ölkədə ələ keçirilən gəmilərin sayının 3-ə çatdığını açıqlayıb və əlavə edib ki, təcavüzkar Səudiyyə koalisiyası və BMT dəniz quldurluğunun davam etdirilməsi və Yəmənin neft məhsullarının ələ keçirilməsinə görə tamamilə məsuliyyət daşıyır.

Qeyd edək ki, son 7 ildə Yəmən təcavüzkar Səudiyyə koalisiyasının çoxşaxəli mühasirəsinə görə ciddi yanacaq, ərzaq və tibbi avadanlıq çatışmazlığı ilə üzləşib.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM