Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiya qüvvələrinin Yəmənin qərbindəki Hudeyda əyalətinə hava və artilleriya hücumları artmaqda davam edir.
İslamazeri.com xəbər verir ki, “Əl-Məsirə” telekanalının məlumatına görə, ərəb koalisiya qüvvələrinə məxsus döyüş təyyarələri Hudeyda əyalətinə hava zərbəsi endirib.
Xəbərdə işğalçı koalisiyaya aid kəşfiyyat pilotsuz uçuş aparatlarının (PUA) casusluq məqsədi ilə “Əl-Cəbəliyə” və “Hays” üzərində uçuşlar etdiyi bildirilib.
Əl-Cəbəliyə və Hays bölgələrinin Səudiyyə koalisiyasının artilleriyasının hədəfində olduğu qeyd edilib.
Xatırladaq ki, aprelin 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə əldə edilmiş müvəqqəti atəşkəs oktyabrın 2-də başa çatıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin martından Yəmənə qarşı hərbi hücumlar həyata keçirir.