Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan rəsmi görüşlər keçirmək üçün dünən paytaxt Dəməşqə səfər edib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan 12 ildən sonra Xarici İşlər Nazirliyi səviyyəsində Suriyaya ilk səfərini edib.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan rəsmi görüşlər keçirmək üçün dünən paytaxt Dəməşqə səfər edib.
Feysəl bin Fərhan səfəri çərçivəsində Suriya lideri Bəşər Əsədlə görüşüb.
Feysəl bin Fərhanın bu səfəri “Suriyada münaqişənin başladığı 2011-ci ildən bəri Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Dəməşqə ilk səfəri olub”.
Səfər Suriyanın xarici işlər naziri Feysəl Miqdadın Səudiyyə Ərəbistanına son 12 ildə ilk rəsmi səfərindən bir neçə gün sonraya təsadüf edib.
Bildirilib ki, səfər çərçivəsində keçirilən görüşdə tərəflər “Dəməşqə tətbiq edilən təcridin aradan qaldırılması üçün zəruri addımları” müzakirə ediblər.
Suriya prezidenti Bəşər Əsədin son bir neçə ayda müxtəlif ərəb ölkələri ilə təmasları 2011-ci ildə başlayan müharibədən bəri davam edən təcridin sona çatacağına dair şərhləri də gətirib.