Səudiyyə Ərəbistanının ticarət nümayəndə heyəti İrana gələcək.
İran Xarici İşlər Nazirliyinin iqtisadi diplomatiya nazirinin müavini Mehdi Səfəri Səudiyyə Ərəbistanından ticarət heyətinin İrana gələcəyini açıqlayıb.
İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin İqtisadi Diplomatiya nazirinin müavini Mehdi Səfəri 5-ci İran İxrac İmkanları Sərgisi ilə bağlı açıqlamalar verərək, Səudiyyə Ərəbistanının da bu sərgidə iştirak edəcəyini bildirib.
"Səudiyyə Ərəbistanının ticarət heyəti İrana gələcək. Yaxın vaxtlarda İrandan bir nümayəndə heyəti Səudiyyə Ərəbistanına gedəcək", - Səfəri bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, İran bazar ertəsi Səudiyyə Ərəbistanında üç diplomatik nümayəndəliyini yenidən açıb.
"İran İslam Respublikasının üç diplomatik missiyası, yəni Ər-Riyaddakı səfirliyi, baş konsulluğu və İslam Əməkdaşlıq Təşkilatının Ciddədəki İran nümayəndəliyi fəaliyyətini bərpa edib", - məlumatda deyilir.
Yenidən açılışlar iki ölkə arasında mart ayında Çinin vasitəçiliyi ilə əldə edilmiş razılaşmadan sonra baş verib.