Səudiyyə Ərəbistanında "Hellouin" bayramı

Səudiyyə Ərəbistanında
Yayınlanma tarixi: 11/1/2022 11:43:34 AM

Səudiyyə Əyləncə İdarəsinin dəstəyi ilə Ər-Riyadda keçirilən “Halloween” mərasiminin fotolarının yayımlanması sosial mediada böyük hiddətə səbəb olub.

İslamazeri.com xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Ər-Riyadda keçirilən “Halloween” bayramına öz reaksiyalarını bildiriblər:

"Qərblilər bu cür bayramlar keçirməklə əylənirdilər, lakin müsəlman ölkələrinin öz İslami adət və ənənələri olduğu üçün belə bir şeyi qeyd etməsi qəbuledilməzdir".

Bir çox istifadəçi həmçinin bildirib ki, Ər-Riyadda Hellouin bayramının qeyd olunması Səudiyyə Ərəbistanının əyləncə şurası sayəsində ənənəni pozmaq üçün ən pis cəhd olub.

Tənqidçilər qısa olaraq belə bildiriblər:

Ən böyük problem odur ki, bu aksiya rəsmi dəstəklə həyata keçirilib və heç bir alim və ya ictimaiyyət bunu qınaya bilməz”.

Minlərlə digər istifadəçi də Hellouin tədbirini pisləyib, Qərbi kor-koranə təqlid etməyin yolverilməz olduğunu bildirib.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM