Səudiyyə rejimi İslam alimi Şeyx Kazım əl-Ömərini Mədinə şəhərində həbs edib.
İslamazeri.com xəbər verir ki, Əl-Aləm-in məlumatına görə, Qanunun əhəmiyyəti ondan ibarətdir ki, o, cəmiyyət üzvlərinin hüquq və fərdi azadlıqlarını müdafiə edir, lakin Səudiyyə Ərəbistanında qanunun başqa funksiyası var.
Çünki qanun müxalifləri və ya ifadə azadlığı fəallarını təqib etmək və sıxışdırmaq üçün istifadə olunur.
İnformasiya cinayətləri qanunu, terrorla mübarizə qanunu və ya digər xüsusi qanunlara əsasən, Səudiyyə rejimi mərhum Ayətullah “Məhəmməd Əl-Ömərinin” oğlu İslam alimi Şeyx Kazım əl-Öməri həbs edib.
Səudiyyə rejiminin məhkəmə sistemi bu qanunlardan istifadə edərək "Məhəmməd ət-Təhnun", "Mustafa Əbu Şahin" və "Abdullah Qəzvini" haqqında ölüm hökmü çıxarıb.
Hazırda Avro-Səudiyyə İnsan Haqları Təşkilatının bəyanatına görə, Səudiyyə Ərəbistanında daha 59 nəfər edam olunmaq təhlükəsi ilə üz-üzədir.
Bu kontekstdə Avro-Səudiyyə İnsan Haqları Təşkilatı və Beynəlxalq Zərərlərin Qarşısının Alınması Təşkilatı 33 qeyri-hökumət təşkilatı ilə birlikdə Səudiyyə Ərəbistanında həyata keçirilən ardıcıl edamlara dərhal reaksiya verilməsini istəyib.