SEPAH Dubayda ABŞ hərbçilərinin toplaşdığı məkanı vurdu: 40 ölü

SEPAH Dubayda ABŞ hərbçilərinin toplaşdığı məkanı vurdu: 40 ölü
Yayınlanma tarixi: 3/3/2026 10:25:22 AM

SEPAH Dubayda ABŞ hərbçilərinin toplaşdığı məkanı vurdu.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin həyata keçirdiyi kombinə edilmiş PUA və raket hücumu nəticəsində BƏƏ-nin Dubay şəhərində 40-dan çox ABŞ hərbçisi öldürülüb, 70-dən çoxu isə yaralanıb.

İslamazeri.com xəbər verir ki, bu barədə Tasnim News Agency İslam İnqilabı Keşikçiləri Korpusuna istinadən məlumat yayıb. Bildirilib ki, hücum amerikalı hərbçilərin toplandığı məkanlardan birini hədəf alıb.

Açıqlamaya görə, zərbə zamanı ərazidə 160-dan çox ABŞ dəniz piyadası olub. Sahə məlumatları əsasında bildirilib ki, SEPAH-ın döyüş bölmələrinin həyata keçirdiyi əməliyyat nəticəsində onlarla hərbçi məhv edilib.

Hadisə ilə bağlı ABŞ və ya BƏƏ tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

GÜNÜN MANŞETLERİ