Kəbənin yerləşdiyi Məscidül-Həramda güclü yağışdan asılı olmayaraq yüzlərlə müsəlman Kəbəni dualarla təvaf edib.
Səudiyyə Ərəbistanının Məkkə şəhərində leysan yağışları daşqınlara səbəb olub.
İslamazeri.com xəbər verir ki, Kəbənin yerləşdiyi Məscidül-Həramda güclü yağışdan asılı olmayaraq yüzlərlə müsəlman Kəbəni dualarla təvaf edib.
Məscidül-Həram İşləri Baş İdarəsindən verilən açıqlamada, şiddətli yağış səbəbiylə meydana gələ biləcək mənfi təsirlərə qarşı tədbirlərin artırıldığı, suyun axıdılması üçün 200-dən çox müfəttiş və 4 min işçinin işə götürüldüyü və 500-dən çox texnika hazırlandığı bildirilib.
Məkkə əmirinin verdiyi açıqlamada, yağışların Ciddədə Əl-Harameyn yolu başda olmaqla bir çox yolun və bəzi tunellərin bağlanmasına səbəb olduğu və ehtiyat tədbiri olaraq Məkkə-Ciddə yolunun bağlandığı açıqlanıb.
Ciddə Kral Əbdüləziz Hava Limanından verilən açıqlamada, əlverişsiz hava şəraiti səbəbindən bəzi uçuşların təxirə salındığı bildirilib.