Şəhadət günündə İmam Əli (ə) hərəmini 2 milyona yaxın zəvvar ziyarət edib

Şəhadət günündə İmam Əli (ə) hərəmini 2 milyona yaxın zəvvar ziyarət edib
Yayınlanma tarixi: 13.04.2023 17:03:34

İmam Əlinin (ə) şəhadət günündə 2 milyona yaxın zəvvar hərəmi ziyarət edib.

Şəhadət günləri ərəfəsində İmam Əlinin (ə) müqəddəs hərəmini ziyarət edən zəvvarların sayı açıqlanıb.

İslamazeri.com xəbər verir ki, bu barədə hərəmin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, İmam Əlinin (ə) şəhadət günləri ərəfəsində pak hərəmi 2 milyondan çox zəvvar ziyarət edib.

Məlumatda həmçinin, bu günlər ərzində hərəmi ziyarət edən zəvvarların dəqiq sayının 1 milyon 920 mindən çox olduğu təsdiqlənib.

Qeyd edək ki, Ramazan ayının 21-i möminlərin əmiri İmam Əlinin (ə) şəhadət günü idi.

GÜNÜN MANŞETLERİ